Zaqatalada fərdi yaşayış evində yağın olub...

26 2022 16:29

Zaqatalada fərdi yaşayış evində yağın olub. Hadisə günorta saatlarinda rayonun Çökək kəndində, Niyazi Makayevə məxsus ümumi sahəsi 45 kv/ m olan iki otaqlı evdə baş verib. Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğın söndürən maşını və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində otaqlardan birinin yanar konstruksiyaları və əşyalar qismən yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.