Ofisdəki seyfi yarmaq istəyən şəxs saxlanılıb...

26 2022 14:11

Balakən Rayon Polis Şöbəsinə şəhər ərazisində yerləşən ofisdən oğurluğa cəhd edilməsi ilə bağlı müraciət daxil olub. Qanunsuz olaraq ofisə daxil olan naməlum şəxs oradakı seyfi yarıb, içərisindəkiləri oğurlamaq istəyib. Polis əməkdaşlarının “isti izlər”lə keçirdiyi tədbirlər nəticəsində qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən rayonun Sarıbulaq kənd sakini Ramazan Abdullayev saxlanılıb. Müəyyən edilib ki, Ramazan Abdullayev gecə saat iki radələrində zavoda hasardan dırmaşaraq daxil olub.  Seyfi aça bilmədiyindən qaçaraq oradan uzaqlaşıb. Faktla bağlı Balakən Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.