Şəkidə narkotik satışı ilə məşğul olan şəxslər saxlanılıb...

21 2022 18:14

    Şəki Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin satışını həyata keçirən şəxslərə qarşı əməliyyat keçirib. Şəhər sakini Vüsal Abdurəhimov saxlanılaraq şöbəyə gətirilib. Üzərinə keçirilən baxış zamanı ondan qurudulmuş marixuana aşkarlanıb. Davam etdirilən tədbirlərlə Vüsal Abdurəhimova narkotik vasitəni satan şəxsin Əfqan Bəkirov olduğu müəyyən edilib. Şübhəli şəxs qismində saxlanılan Əfqan Bəkirovun üzərindən narkotik vasitənin satışından əldə etdiyi pul və 7 qram marixuana aşkarlanıb. Həmçinin, Şəki-Oğuz avtomobil yolunun kənarında gizlətdiyi 485 qram qurudulmuş marixuana da maddi sübut kimi götürülüb. Faktla bağlı polis şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.