Magistrallarda son vəziyyət...

21 2022 17:49

Dünən səhər saatlarından Şamaxıya yağan güclü qar gecə saatlarına qədər davam edib. Avtomobillərin hərəkətini təmin etmək məqsədiylə yol idarəsinin canlı qüvvəsi və texnikasi yollarda fasiləsiz xidmət aparib. Əməkdaşımız Cavansir Seyfəddinoğlu da gecə saatlarında magistrallardakı vəziyyəti müşahidə edib.


Qış aylarında sürücülərin ən çox çətinlik yaşadığı Bakı-Şamaxı-Yevlax və Şamaxı- Muğanlı -İsmayıllı magistrallarında hərəkət bərpa olunub. Lakin tamamilə qardan təmizlənsə də çovğunlu və şaxtalı hava yolların yenidən buz bağlanmasına səbəb olur. Xüsusilə də gecə saatlarında şaxtalı hava səbəbindən bu yollar nəzarətdə saxlanılıb. Yol idarəsinin əməkdaşları hərəkəti təmin etmək məqsədiylə gücləndirilmiş iş rejiminə keçib.  Təhlükəli hesab edilən ərazilərə qum-duz qarışığı səpilib. Şaxtalı hava sürücləri nə qədər çətinə salsa da xizəklə sürüşmək üçün gecəni gözləyənləri sevindirib. Hazırda Şamaxı-İsmayıllı-Muğanlı və Şamaxı-Pirqulu-Dəmirçi yollarında ancaq qış hazırlığı olan avtomobillər hərəkət edə bilir.  Şimal-qərb istiqamətində olan digər magistrallarda isə yollar tamamilə açıqdı. Axşam saatlarına doğru yenidən şaxta olacağı və yolların buz bağlayacağını nəzərə alaraq avtomobilləri qışa hazırlıqsız olan sürücülərin bu istiqamətlərdə yola çıxmamaları tövsiyyə olunur.