Zaqatalada minik avtomobilinin vurduğu piyada hadisə yerində dünyasını dəyişib...

20 2022 19:49

Zaqatala-Qax magistral yolunun Muxax kənd inzibati ərazisində qəza baş verib. Rayonun Yeni Suvagil kənd sakini Elvin Ömərov idarə etdiyi "Opel Vectra" markalı minik avtomobil ilə yolu keçmək istəyən piyada Muxax kənd sakini 41 yaşlı Nizami İsayevi vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.