Qaxda ağır qəza: 1 ölü, 3 yaralı...

20 2022 16:10

Qaxda ağır yol qəzası baş verib.  Hadisə günorta saatlarında Qax - Zaqatala yolunun Qum kəndi ərazisindən keçən hissəsində​ qeydə alınıb.  Qax rayon sakini Məhəmməd Xəlilovun idarə etdiyi "Mersedes" Təbriz Məmmədovun idarə etdiyi "Ford Tranzit" markalı avtomobillə toqquşub. Nəticədə yaralanan Qax rayon Lələli kənd sakinləri 58 yaşlı İradə Əliyeva, 56 yaşlı Dilafət Xəlilova, 23 yaşlı İlkin Əliyev  və Xəlil Rəsulov müxtəlif dərəcəli bədən xəsarətlərilə Qax rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər. Dilafət Xəlilova xəstəxanaya daxil olduqdan bir qədər sonra aldığı ağır bədən xəsarətlərindən dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.