Xəbərlər
Layihələr
Haqqımızda
Canlı
Əlaqə
Media qrup
20 Yaşlı gənc dəm qazından zəhərləndi...
19 2022 17:58
İsmayıllıda iki gün öncə hərbi xidmətdən qayidan gənc dəm qazından zəhərlənərək ölüb.
Hadisə rayonun Müdrüsə kəndində qeydə alınıb. Kənd sakini, 20 yaşlı Süleyman Hüseynov yaşadığı evin hamam otağında çimərkən kustar üsulla quraşdırılan su qızdırıcısının içəri buraxdığı dəm qazı səbəbindən zəhərlənib. Ailə üzvləri hadisədən gec xəbər tutub. Onun huşsuz vəziyyətdə yerə yıxıldığını görən valideynləri təcili olaraq İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Lakin onun həyatını xilas etmək mümkün olmayıb. Qeyd edək ki, 2 gün öncə "N" saylı hərbi hissədə əsgəri xidmətini başa vuraraq evə qayıdan Süleyman Hüseynovun yanvarın 24-də 20 yaşı tamam olacaqdı. Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Oxşar xəbərlər
Oğuzda yaşayış yerini tərk edən koronavirus xəstəsi saxlanılıb...
Zaqatalada fərdi yaşayış evində yağın olub...
Ruhi xəstə yanğın törətdi…