Xəbərlər
Layihələr
Haqqımızda
Canlı
Əlaqə
Media qrup
Narkotik istifadə edən taksi sürücüsü və sərnişin saxlanılıb...
19 2022 16:14
Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə narkotik vasitənin təsiri altında sərnişindaşıma fəaliyyəti ilə məşğul olan sürücü saxlanılıb.Taksi fəaliyyəti ilə məşğul olan rayonun Aşağı Tala kənd sakini Elman Datayevin idarə etdiyi “VAZ-2106” markalı avtomobil nəzarət-yoxlama qaydasında saxlanılıb.
Sürücü və nəqliyyat vasitəsində olan sərnişin Aydın Ağayevdə sərxoşluq əlamətləri hiss edildiyindən onlar şöbəyə gətirilib. Hər iki şəxsə təyin edilən ekspertizanın rəyinə əsasən onların marixuana qəbul etdikləri məlum olub.Digər hərəkət iştirakçılarının sağlamlığı üçün təhlükə yaradan Elman Datayev və sərnişin Aydın Ağayev barəsində qanunvericiliyə uyğun müvafiq tədbir görülüb.
Oxşar xəbərlər
Oğuzda yaşayış yerini tərk edən koronavirus xəstəsi saxlanılıb...
Zaqatalada fərdi yaşayış evində yağın olub...
Ruhi xəstə yanğın törətdi…