6 otaqlı fərdi yaşayış evi külə döndü...

17 2022 15:48

Zaqatalada 6 otaqlı fərdi yaşayış evi yanıb. Yanğın rayonun Danaçı kəndində, kənd sakini Elşən  İsmayılova məxsus, ümumi sahəsi 230 kv/m olan kürsülü birmərtəbəli altı otaqdan ibarət evdə baş verib. Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Zaqatala rayon Dövlət Yanğından Mühafizə hissəsinin texnikaları və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində evin dam örtüyünün yanar konstruksiyaları tam, dörd otağın yanar konstruksiyaları içərisində olan ev əşyaları ilə birlikdə yanıb. İki otaq isə yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.