Acınacaqlı vəziyyətdə qalan 5 azyaşlı nəzarətə götürüldü…

17 2022 15:31

Yaşları 2 – 12  yaş arasında olan 5 uşaq valideyn nəzarətindən kənar yaşayır. Kənd sakinlərinin sözlərinə görə, azyaşlıları hər gün bir qonşu yeməklə təmin edir. Yaşadıqları evi bir neçə il əvvəl rayon icra hakimiyyəti tikib, onlara təhvil versə də, ev baxımsız qaldığından yaşamaq üçün yararsız vəziyyətə düşüb. Çəkiliş zamanı həm uşaqların vəziyyəti, həm də hansı təhlükənin ortasında olduğunu aydın görmək mümkün idi. Bu mənzərədən aiddiyatı qurumların xəbərinin olub-olmadığını öyrənmək istəyirdik ki, Şamaxı Rayon İcra Hakimiyyəti, Polis Şöbəsinin əməkdaşları həmin vaxt uşaqların baxımsız vəziyyətdə yaşadıqları ünvana gəldilər. Məlum oldu ki, uşaqlara bir neçə dəfə yardım göstərilsə də, himayəyə götürülmələrinə ana etiraz edib. Görüldü də. Azyaşlılar müvafiq qurumların əməkdaşlarının köməkliyi ilə yaşadıqları evdən götürülərək müvafiq şəraitlə təmin olunub, müayinə üçün xəstəxanaya aparılıblar. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, bundan sonra da uşaqların hüquqlarının müdafiəsi istiqamətində lazım olan bütün tədbirlər görüləcək. O ki qaldı, 5 azyaşlının anasına, Daxili İşlər Nazirliyindən bildirildi ki, qadının koronavirus insfeksiyasına yoluxduğu üçün xəstəxanada müalicə alması ilə bağlı səsləndirilən fikirlər həqiqəti əks etdirmir.