Xəbərlər
Layihələr
Haqqımızda
Canlı
Əlaqə
Media qrup
Şamaxıda torpaq sürüşməsinin nəticələri aradan qaldırılır...
14 2022 16:00
Ötən günü yeni istifadəyə verilən Şamaxı Çuxuryud-Sis-Qaleybuğurd-Keçmədin-Qaladərəsi avtomobil yolunda baş verən sürüşməni və sürüşmə nəticəsində avtomobil yolununda yaranan təhlükələr haqqında məlumat verdik.
Bu gün aidiyyatı qurumlar yaranan vəziyyəti aradan qaldırmaq üçün hərəkətə keçib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin canlı qüvvəsi və texnikası sözü gedən əraziyə cəlb edilib və hal hazırda yolda bərpa, bərkitmə işləri görülür. Qeyd edək ki, sürüşmə nəticəsində uzunluğu 16 km olan yolun bir neçə hissəsi dağılıb, asfalt örtüyündə çökmələr və yolun ortasında iri çatlar əmələ gəlib. Ən çox sürüşmə yolun 6-cı və 8 ci kilometrliyində baş verib. Sürüşmə nəticəsində yolda dərinliyi 3 metrə qədər çuxurlar yaranıb.
Oxşar xəbərlər
Oğuzda yaşayış yerini tərk edən koronavirus xəstəsi saxlanılıb...
Zaqatalada fərdi yaşayış evində yağın olub...
Ruhi xəstə yanğın törətdi…