Şəki Reabilitasiya Mərkəzinə mediatur təşkil edilib…

13 2022 15:25

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tərkibində fəaliyyət göstərən Şəki Reabilitasiya Mərkəzinin işi ilə KİV nümayəndələri yaxından tanış olublar. Mediatur iştirakçılarına Şəki şəhərindəki Reabilitasiya Mərkəzində əlilliyi olan şəxslərə, o cümlədən müharibə əlillərinə göstərilən reabilitasiya xidmətləri barədə məlumat verilib. Bildirilib ki, postmüharibə dövründə Mərkəzdə müharibədə yaralanmış hərbi qulluqçulardan, yaxınlarından, habelə şəhid ailəsi üzvlərindən ibarət 100-dək şəxsin sosial-psixoloji və reabilitasiya xidmətləri ilə təminatı həyata keçirilib. Burada Şəki və ətraf rayonlar üzrə əlilliyi olan şəxslər effektiv fizioterapevtik üsulların tətbiqi əsasında tibbi-sosial reabilitasiya xidmətləri ilə təmin olunur.