Xəbərlər
Layihələr
Haqqımızda
Canlı
Əlaqə
Media qrup
Şəkidə oğurladığı qızılları satıb əyləncəsinə xərclədi...
13 2022 15:00
Şəkidə fərdi yaşayış evindən oğurluq edən şəxs polisin həyata keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.
Polis şöbəsinə müraciət edən zərərçəkmiş qadın ona məxsus mənzildən 5 000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib. Keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində cinayəti törədən şəxsin şəhər sakini Ramiz Cabbarov olduğu müəyyən edilib. O, şübhəli şəxs qismində saxlanılıb və əməlini etiraf edib. Araşdırma zamanı Ramiz Cabbarovun qızıl-zinət əşyalarını oğurladıqdan sonra Bakı şəhərinə apararaq orada satdığı, əldə etdiyi pulu isə əyləncə mərkəzlərində xərclədiyi məlum olub. Faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.
Oxşar xəbərlər
Oğuzda yaşayış yerini tərk edən koronavirus xəstəsi saxlanılıb...
Zaqatalada fərdi yaşayış evində yağın olub...
Ruhi xəstə yanğın törətdi…