İsmayıllıda yanğın yaşlı qadının canını aldı...

13 2022 14:41

    İsmayıllıda yanan ev bir nəfərin canını aldı. Hadisə rayonun Quşencə kəndində meydana gəlib. Yanğın zamanı ümumi sahəsi 320 m² olan iki mərtəbəli 5 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları və dam örtüyü yanıb. Yanğının qarşısı alındıqdan sonra evdə 79 yaşlı Ruhəngiz Muradəliyevanın yanmış meyiti yanğın söndürənlər tərəfindən aşkar edilib. Meyit aidiyyatı üzrə təhvil verilib. Həmçinin yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Faktla bağlı araşdırma aparılır.