İsmayıllıda narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb…

11 2022 17:12

İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları Mulux kənd sakini Tural Cəfərovun idarə etdiyi “Niva” markalı avtomobili nəzarət qaydasında saxlayıb. Sürücünün hərəkətləri şübhə doğurduğundan tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən onun narkotik vasitə olan marixuana qəbul etdiyi məlum olub. Narkotikin təsiri altında sükan arxasında əyləşib, avtomobil sürməklə digər hərəkət iştirakçıları üçün də təhlükə yaradan Tural Cəfərov barəsində qanunvericiliyə uyğun tədbir görülüb.