Şəhid Nəzir Osmanovun xatirəsi anılıb...

10 2022 18:59
Qırx dörd günlük Vətən müharibəsində canından, qanından keçərək şəhid olmuş Qaxın igid oğullarından biri - Nəzir Osmanovun doğum günündə xatirəsi anılıb.

Qax rayon polis bölməsinin kollektivi, şəhidin ailə üzvləri və qohumları onun məzarını ziyarət edərək üzərinə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad edib, ruhuna dualar oxuyublar.

Daxili qoşunlarda xidmət edən Nəzir Osmanov Vətən müharibəsinin ilk günündən döyüşlərə qatılıb və Horadiz, Füzuli, Hadrut şəhərlərinin azad olunmasında qəhrəmancasına vuruşub, noyabrın 1-də Şuşa uğrunda döyüşlərdə isə şəhadətə yüksəlib.