Şəki Dövlət Dram Teatrı şəhid və qazi uşaqlarını maraqlı proqramla sevindirib...

06 2022 17:09
Şəki Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə Şəki Dövlət Dram teatrında Vətən müharibəsi şəhidlərinin və qazilərin övladları, həmçinin valideyn himayəsindən məhrum olan uşaqlar üçün əyləcəli və musiqili "Məlikməmməd və Başabəla Korona" şou nağıl tamaşa oynanılıb.

İlk öncə qar qızı və digər personajlar uşaqlara hədiyyələr paylayıblar. Ardından tamaşanın baxışına start verilib. Nağıl-tamaşa Qar qızı virusa yoluxduraraq şənlik iştirakçılarını xəstələndirmək istəyən Korona və yarasalarına qarşı Məlikməmmədin mübarizəsindən bəhs edir.

Xalq nağıllarının motivlərinin gündəlik həyatımıza interpretasiyası ilə hazırlanan şou - nağılın əsas məqsədi uşaqlara yüksək bayram əhvali-ruhiyyəsi bəxş etmək, onları sevindirmək, eyni zamanda, günümüzün ən aktual problemi olan koronavirusla mübarizə ilə bağlı maarifləndirmə, təbliğat işləri aparmaqdır.

Tamaşa zamanı Şaxta baba, Məlikməmməd, Nərbala, Cırtdan uşaqlara koronavirusa qalib gəlmək üçün birgə mübarizə aparmağı, təmizliyə, pandemiya dövrünün qaydalarına ciddi əməl etməyi tövsiyə edib.