Bakı-Şəki sərnişin mikroavtobusu ağır qəzaya düşdü, yaralılar var...

30 Dekabr 2021 14:32
İsmayıllı rayonun da ağır yol qəzası baş verib. Bakıdan çıxaraq Şəki istiqamətinə hərəkət edən "FordTranzit" markalı sərnişin mikroavtobusu İsmayıllı şəhəri ərazisində "NİVA" markalı minik avtomobili ilə toqquşub və yoldan çıxaraq aşıb.

Hadisə zamanı Şəki sakinləri 27 yaşlı Seyidova Esmira İlqar qızı, 40 yaşlı Güliyeva Gülafət Ağasəf qızı, 28 yaşlı Məmmədli Arzuman Əvəz oğlu, 36 yaşlı Səmədova Dürdanə Fikrət qızı, 47 yaşlı Səlimov Yaşar Hacıbaba oğlu, 30 yaşlı Abduləzimov Mehman Əlixan oğlu, 48 yaşlı Səlimova Könül Muxtar qızı, 35 yaşlı Hacıyev Sadiq Əsabəli oğlu, 32 yaşlı Əhmədov Elvin Vədadil oğlu, 17 yaşlı Xəlilova Şəbnəm Rəhim qızı, 16 yaşlı Qaraşov Qürbət Xaliq oğlu, Bakı sakini 24 yaşlı Məmmədov Pərviz Sahib oğlu, İsmayıllı sakini, 51 yaşlı Qaraşov Xaliq Valeh oğlu müxtəlif dərəcəli bədən xəsarətləri aldıqları üçün İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.