Otellərdə yoxlamalar aparılır...

29 Dekabr 2021 17:00

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi Şəki Regional bölməsi pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində eləcə də otellərdə marifləndirici reydlər keçirir.


Nəzarət tədbirləri çərçivəsində qanunvericiliyin tələbləri bilidirilib və marifləndirici tövsiyyələr verilib. Bayram çərçivəsində qanunvericiliyə uyğun şəkildə insanların yerləşdirilməsi, eləcə də digər qaydalara əməl olunması otel rəhbərliyinin diqqətinə çatdırılıb.