Zaqatalada dron yarışı keçirilib...

29 Dekabr 2021 16:40
Zaqatalada Gənclər və İdman Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi və Azərbaycan Robotexnika Akademiyasının təşkilatçılığı ilə 3-cü Dron olimpiadasının Şimal Regional seçim turu keçirilib.

Rayon Olimpiya İdman Kompleksində təşkil edilən yarış çərçivəsində Robotexnika Mühəndislik Akademiyasının kurslarında təhsil alan Şəki, Zaqatala və Balakəndən 7-12 yaşlı gənclər öz bacarıqlarını nümayiş etdirib. Dron tədrisi , uçurdulması üzrə təlimlərdən keçən gənclərə AREA-ın “Mən Pilotam” dron tədris proqramını bitirdikləri üçün vəsiqələr təqdim edilib. Şagirdlərin ən çox sevdiyi kateqoriya olan “Dron Football”-da dronlarla havada futbol oynanılıb.

“Drone Football” kateqoriyası üzrə 1-ci yerə Fərid Həmzəyev və Abdulla Qurbanov; 2-ci yerə Mahmud Mahmudov və Aydın Abdurahmanlı ; 3-cü yerə isə Aydın Sulxayev və Hüseyn Muradlı layiq görülüb. Qaliblər diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıb.