Şəkidə ev yandı...

28 Dekabr 2021 16:41

Şəkidə ev yanıb. Yanğın Baltalı kəndində 66 yaşlı İqlimə Məmmədovaya məxsus ümumi sahəsi 168 kvadrat metr olan kürsülü, bir mərtəbəli və 4 otaqlı evin dam hissəsində meydana gəlib. Nəticədə evin damı, otaqlardan birinin 20 kavdrat metr tavanı və bitişik 36 kvadrat metr sahəsi olan köməkçi tikilinin yanar konstruksiyaları yanıb. Faktla bağlı araşdırma aparılır.