Şamaxının Yeni il mənzərəsi...

28 Dekabr 2021 16:28
2022-ci ilin gəlişinə sayılı günlər qalıb. Şamaxının əksər küçə və prospektlərində də yeni il ab-havası hiss olunur. Rayonda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilə hazırlıq işləri yekunlaşıb.

Hazırlıq çərçivəsində şəhər bayram işıqları, yolkalar, Yeni ilin simvoluna çevrilmiş müxtəlif aksesuarlarla bəzədilib. Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il şənliklərinin keçirilməsi ilə əlaqədar Şamaxı rayonunda icra hakimiyyəti tərəfindən rayonun parkı, meydan və küçələrinin bəzədilməsi, burada yeni il atributlarının, işıqlı çilçıraqların və digər bəzəklərin quraşdırılması, işlər həyata keçirilib.

2021-ci ildə Şamaxının ən böyük, 28 metr hündürlüyünə olan yolkası rayonun girişində qurulub. Yeni salınmış dairəvi yol ətrafında və Heydər Əliyev Parkında da müasir işıqlandırma sistemləri tətbiq olunmaqla Yeni il atributları və müxtəlif dizaynda bəzədilmiş əyləncəli qurğular quraşdırılıb. Və hündürlüyü 15 metr olan yolka qurulub. Xüsusilə də axşam saaatlarında bu gözqamaşdıran mənzərə rayon sakinləri və gələn qonaqlarla yanaşı, ən çox balacaların sevincinə səbəb olub...