Xəbərlər
Layihələr
Haqqımızda
Canlı
Əlaqə
Media qrup
Şəkidə Günərzi qayğı mərkəzində balacaların yeni il şənliyi keçirilib…
27 Dekabr 2021 21:40
Şəkidə fəaliyyət göstərən Günərzi qayğı mərkəzində Dünya azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibəti ilə tədbir keçirilib. Mərkəzə cəlb edilmiş uşaqların hazırladıqları bədii-musiqili proqram iştirakçılarda xoş əhval-ruhiyyə yaradıb.
Uşaqlar müxtəlif şeirlər səsləndirib, rəqslər ifa ediblər. Şaxta babanın suallarını cavablandıran körpə fidanlar hədiyyələr alıblar. Xatırladaq ki, uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və xüsusi qayğıya ehtiyacı olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi üçün yaradılan, "Sosial Xidmətlər Agentliyinin" maliyyə dəstəyi ilə fəaliyyət göstərən Günərzi qayğı mərkəzi sentyabrdan etibarən Şəkidə fəaliyyət göstərir.
Oxşar xəbərlər
Oğuzda yaşayış yerini tərk edən koronavirus xəstəsi saxlanılıb...
Zaqatalada fərdi yaşayış evində yağın olub...
Ruhi xəstə yanğın törətdi…