Şəkidə Vətən müharibəsinin daha bir qəhrəmanı anıldı…

27 Dekabr 2021 21:32

Şəkinin Qoxmuq kəndində Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəmanlardan biri olan Taleh Daşdəmirovun anım tədbiri təşkil edilib. Tədbirdə şəhidin yaxınları, kənd sakinləri,  döyüş yoldaşları və icra hakimiyyətinin nümayəndələri iştirak ediblər. Çıxış edənlər Talehin qorxmazlığından igidliyindən, qayğıkeşliyindən, ailəcanlı olmasından danışıblar. Ötən ilin sentyabrında başlayan Vətən müharibəsinə könüllü yollanan Taleh döyüşlərdə cəsarəti, şücaəti ilə fərqlənib, döyüş yoldaşlarının rəğbətini qazanıb. Müharibə zamanı anasına zəng edərək "Şuşanı azad etməyə gedirəm" deyən Taleh arzusuna çatır. Şuşada gedən qızğın döyüşlərdə iştirak edir. Noyabrın 8-də isə şəhadətə yüksəlir, uzun müddət nəşi tapılmır. Taleh vüsalına qovuşacağı nişanlısının ad günündə , 25 dekabrda ata-baba yurdunda torpağa tapşırılıb.