Xəbərlər
Layihələr
Haqqımızda
Canlı
Əlaqə
Media qrup
Şəkidə koronavirusa yoxluxan xəstəni reanimasiyaya aparan təcili yardım maşını qəzaya uğradı...
27 Dekabr 2021 17:29
Günorta saatlarında Şəkinin Salman Mumtaz
küçəsində
yol qəzası baş verib. 33 yaşlı Qax rayon sakini Amiran Bayramaşvilinin idarə etdiyi təcili tibbi yardım avtomobili, Şəki sakini 59 yaşlı Əhməd Süleymanovun idarəetdiyi "Zil" markalı yük avtomobili ilə toqquşub.
Hadisə nəticəsində sürücü və tibbi heyət xəsarət alıb. Təcili Yardım maşını oksigen balonuna qoşulu halda, reanimatik vəziyyətdə olan Qax sakini, koronavirus xəstəsi 45 yaşlı Dünyamin Abdullayevi Qobustan xəstəxanasına aparırmış. Hadisə yerinə yeni Təcili Tibbi Yardım avtomobili gətirilərək, reanimatik xəstə dərhal təxliyyə edilib.
Digər yaralılar isə Şəki rayon mərkəzi xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Oğuzda yaşayış yerini tərk edən koronavirus xəstəsi saxlanılıb...
Zaqatalada fərdi yaşayış evində yağın olub...
Ruhi xəstə yanğın törətdi…