Məktəb ləvazimatları mağazasında pirotexniki vasitələr satan şəxs saxlanılıb...

27 Dekabr 2021 16:40

Zaqatala Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbir zamanı insanların dincliyin pozan partlayıcı, tezalışan maddələrin satışını həyata keçirən şəxs saxlanılıb. “Bazar” adlanan ərazidə məktəb ləvazimatları mağazasında pirotexniki vasitələrin gizli şəkildə satılması barədə polisə məlumat daxil olub. Obyektə keçirilən baxış zamanı oradan külli miqdarda pirotexniki vasitələr aşkarlanaraq götürülüb. Mağazanı işlədən Aqşin Əsədov barəsində isə İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə protokol tərtib edilərək rayon məhkəməsinə göndərilib.