Ucqar dağ kəndlərinin qaz problemi nə zaman həll olunacaq ?

26 Dekabr 2021 16:44

Oğuzda təbii qazın yoxluğundan əziyyət çəkən onlarla yaşayış məntəqələrindən biri də Filfili kəndidir.  800-dən artıq sakini olan bu kənddə istilik mənbəyi kimi odundan istifadə edirlər. Bu isə həm ətraf meşələrin qırılmasına, ekologiyanın korlanması və torpaqların erroziyasına gətirib çıxarır, həm də maliyyə cəhətdən mavi yanacağa nisbətən daha baha başa gəlir. Sakinlər bildirir ki, qazın çəkilməsi ilə bağlı dəfələrlə müraciət etsələr də problem həllini tapmayıb. Kənd sakinləri Bu kənddə yaşamaq çox çətindir qazımız yoxdur. Burda 5-6 ay qış, qar olur. Birinci qar buralar yağır. Yazırıq müraciətlərimizə cavab verilmir. Xahiş edirik ki, bizə qaz çəksinlər. Kəndimizdən 3-5 km aralıdan qaz kəmərinin keçməsinə baxmayaraq kəndimizə qaz çəkilməyib. Kənd camaatı qışı keçirmək üçün 2-3 maşın odun almasa qışı keçirmək mümkün deyil. Kəndimizdən 20 km aralıdakı Sincan kəndindən odun gətirməli oluruq buna da kənd camaatının imkanı yoxdu. Burda ahıllar var uşaqlar var xəstələr var kənddə istilik adına bir şey yoxdur.    Bu soyuqda bu qışda nətər oturum soyuq evdə qaz yoxdur odun da vermirlər. Oğlum məcbur olub mal satıb 1 maşın odun alıb.  Bax bu odunlar 500 manata başa gəlib. Özü də 5 km uzaqdan gətirtmişik. Əgər qaz olsa bu pulu hökümətə verərdik. Bizdən 3 km aşağıdakı Xaçmaz kəndinə qaz çəkilib ama bura qaz çəkmirlər. Şəkinin Şin kəndi də mövcud  vəziyyətlə qarşı qarşıyadır.  1600-ə yaxın sakininin yaşadığı kəndin əhalisi bu qışı da qazsız keçirmələrindən şikayətçidir. Məcbur qalan kənd sakinləri  evlərini isitmək üçün müxtəlif yollara əl atırlar. Qazın olmaması səbəbindən hər ailə qış mövsümündə 400-1000 manat arası odun tədarükünə pul xərcləyir və ya həyətlərindəki meyvə ağaclarını kəsərək, qışın şaxtasından qorunurlar. Odunun kubunu 450-500 manata alırıq gah zastavadan buraxmırlar gah meşəbəyi qoymur Kənd sakinləri 2 il qabaq gəldilər ölçdülər layihə çəkdilər getdilər qonşu kəndlərə çəkilib bura yox. Sakinləri maraqlandıran əsas məqam isə odur ki, qaz kəmərləri kəndin girişinə qədər gəlir, qonşuluqdakı kəndlər artıq bir neçə ildir ki, mavi yanacaqla təmin edilir ancaq onlar bu nemətdən niyəsə məhrum qalıblar. Bəs, qazlaşdırılmayan ərazilərə mavi yanacaq çəkilərkən hansı meyarlar nəzərə alınır? Qaza həsrət qalan kəndlərin problemi ilə bağlı isə Azəriqaz İstehsalat Birliyinin mətbuat katibi Eldəniz Vəliyev bildirilib ki, ölkədə əhalinin mavi yanacaqla təminatının səviyyəsi 96 faizi keçib. Təkcə 2021-ci il ərzində 55 kəndin qazlaşdırılması həyata keçirilib. Ancaq bəzi kəndlər var ki, onların qazlaşdırılması ümumiyyətlə nəzərdə tutulmur. 2022-ci ildə qazlaşacaq yaşayış massivlərinin sayının 75-in üzərində olacağı gözlənilir. İndi sakinlərə bir az da səbr etmək, hələlik alternativ yanacaq növlərinin istisinə qızınmaq qalır. Ümid edək ki, onların kədləri də qazlaşdırılacaq ərazilərin siyahısındadır.