Şəhid Kənan Muradovun xatirəsi əbədiləşdirildi...

26 Dekabr 2021 15:16

Vətən müharibəsinin daha bir qəhrəmanı, Balakən rayonunun Gərəkli kəndindən olan Kənan Muradovun xatirəsini əbədiləşdirmək məqsədi ilə rayon mərkəzində xatirə bulağı istifadəyə verilib. Açılış mərasimində şəhidin ailə üzvləri,kənd sakinləri,təhsil aldığı məktəbin müəllim və şagird kollektivi ilə yanaşı, rayon rayon rəhbərliyi iştirak edib. Çıxış edənlər, 18 yaşında şəhidlik zirvəsinə yüksələn Kənanın qəhrəmanlığından danışıblar. Bildirilib ki, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Kənan Muradov Füzuli və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. İgidliyi,cəsurluğu ilə daim fərqlənən Kənan oktyabrın 6-da Cəbrayıl döyüşləri zamanı şəhid olub. Hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Kənan Muradov ölümündən sonra "Vətən uğrunda" , "Cəbrayılın azad olunmasına görə", "Cəsur döyüşçü" medalları ilə təltif edilib.