Şəhidlərin xatirəsinə bulaq tikilib...

26 Dekabr 2021 15:08

Balakənin iki qəhrəman oğlu, Şindiyev Elməddin Həmid oğlunun və Abdullayev Məhəmməd Ramazan oğlunun əziz xatirəsini əbədiləşdirmək məqsədi ilə şəhidlərin doğulduğu Talalar kəndində bulaq kompleksi tikilərək istifadəyə verilib. Kənd iki saylı tam orta məktəbin qarşısında inşa edilən xatirə bulağının açılışında Şindiyev Elməddinin və Adbullayev Məhəmmədin valideynləri,yaxınları,Rayon rəhbərliyi, və kənd sakinləri iştirak edib.Çıxış edənlər igid el oğullarının qəhrəmanlıqlarından,qısa,lakin şərəfli ömür yolundan danışıblar. Bildirilib ki, Ali Baş komandanın rəhbərliyi altında qazanılan bu qələbədə canını Vətənə sipər edən hər bir igidin payı var. Ömürlərinin gənc çağında şəhadət şərbətini içən Vətən oğullarının xatirəsi daim qəlblərdə yaşayacaq. Müddətdən artıq hərbi qulluqçu Elməddin Şindiyev cəmi bir gün öncə ailə qurmasına baxmayaraq, Vətənin çağırışına hay verərək könüllü döyüşə yollanır. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edən Elməddin Şindiyev oktyabrın 10-da qızğın döyüşlər zamanı şəhid olur.Elməddin Şindiyev Cəsur Döyüşçü,Suqovuşanın azad edilməsinə görə və Vətən Uğrunda medalları ilə təltif edilib. Ömrünün 28-ci baharında şəhidlik zirvəsinə ucalan Abdullayev Məhəmməd ölümündən sonar, Vətən uğrunda,Suqovuşanın azad edilməsinə görə və Cəsur döyüşçü medalları ilə təltif edilib.