Şəki sakini odlu silahı və avtomat güllələrini polisə təhvil verib...

25 Dekabr 2021 16:14

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları əllərdə saxlanılan qanunsuz odlu silah-sursatın könüllü təhvil verilməsi istiqamətində profilaktiki tədbirləri davam etdirir. Şəhər sakini Rasim Musayev müraciət edərək müvafiq sənədləri olmayan ov tüfəngini və avtomat silahına məxsus 26 ədəd patronu könüllü olaraq polisə təqdim edib. Faktla bağlı araşdırma aparılır.