"Xəmsə yolu" Şəkidən də keçdi...

24 Dekabr 2021 16:53
Kürdəmir Regional Mədəniyyət İdarəsinin Nizami Gəncəvi ili münasibətilə həyata keçirdiyi "Xəmsə yolu” layihəsi çərçivəsində növbəti tədbir Şəkidə baş tutub.

Şəki folklor evində keçirilən tədbirdə dahi şairin "Xəmsə"si əsasında hazırlanmış "Ey söz dünyasına hakim Nizami!" adlı tamaşa təqdim olunub. Tamaşada dahi şairin əsərlərindəki insanpərvərlik, kamil insan obrazı, sevgi, həmçinin xalqımızın igidlik, məğrurluq, qorxmazlıq kimi keyfiyyətləri önə çəkilib.

Səhnə əsərində həmçinin Atanın oğula nəsihəti kimi ibrətamiz və tərbiyəvi məzmunlu motivlərə də yer verilib. Tamaşa izləyicilər tərəfindən maraqla qarşılanıb. Qeyd edək ki, layihənin məqsədi Nizami Gəncəvi yaradıcılığının geniş şəkildə təbliğ olunması və zəngin ədəbi irsini dərindən mənimsətməkdir.