Avtomobil ağaca çırpıldı, sürücü öldü...

24 Dekabr 2021 16:41
Şəkidə bir nəfərin ölümü ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. Hadisə Şəkinin Aşağı Küngüt kəndinin ərazisində qeydə alınıb.

Elsəvər Rəcəblinin idarə etdiyi "Mercedes" markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə avtomobildə olan sərnişin Mehman Ələsgərov hadisə yerində keçinib.

Həmçinin sürücü də müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Faktla bağlı araşdırma aparılır.