İsmayıllıda torpaq uçqunu olub, bir nəfər ölüb…

21 Dekabr 2021 16:31

İsmayıllının Zərgəran kəndində bir nəfər torpaq uçqunu altında qalaraq dünyasını dəyişib. Kənd sakini Mehdi İbadova məxsus həyətyanı sahədə qazıntı işləri aparılarkən torpaq uçqunu baş verib və nəticədə orada fəhlə işləyən 54 yaşlı Vahid Əliyev uçqun altında qalıb. Xilasedicilər tərəfindən müvafiq təhlükəsizlik tədbirləri görülüb və Vahid Əliyevin meyiti çıxarılaraq ailəsinə təhvil verilib. Hadisə ilə əlaqədar araşdırma aparılır.