Şəki sakini dəm qazından zəhərlənərək öldü…

21 Dekabr 2021 16:01

Şəkidə dəm qazından ölüm baş verib. Hadisə gecə saatlarında Şəki şəhəri Səməd Vurğun küçəsində meydana gəlib. 58 yaşlı şəhər sakini Elman Səmədov yaşadığı evin vanna otağında dəm qazından zəhərlənərək ölüb. Onun nəşini yaxınları tapıb. Faktla bağlı araşdırma aparılır.