Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs olunub…

21 Dekabr 2021 13:44

Balakən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları yollarda hərəkətin təhlükəsizliyinin təmini məqsədilə keçirilən tədbirlər zamanı narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsi idarə edən sürücü aşkarlanıb. Rayonun Hənifə kəndi ərazisində “Tofaş” markalı avtomobilin sürücüsü davamlı olaraq yol-hərəkəti qaydalarını pozub və digər hərəkət iştirakçıları üçün ciddi təhlükə yaradıb. Ərazidə xidmət aparan polis əməkdaşları  nəqliyyat vasitəsini saxlayıb. Sürücünün və nəqiyyat vasitəsindəki sərnişinin narkotik vasitə qəbul etmələrinə dair şübhələr olduğundan onlar Polis Şöbəsinə gətirilib. Müayinə zamanı avtomobili idarə edən Məmməd Hüseynov və sərnişin Ayaz Ramazanovun marixuana qəbul etdiyi məlum olub.