Şəkidə vətəndaşlardan silah-sursat götürülüb...

20 Dekabr 2021 14:18
Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları saxlanılan qanunsuz odlu silah-sursatın aşkar edilməsi, eləcə də vətəndaşlar tərəfindən könüllü olaraq təhvil verilməsi istiqamətində əməliyyat-axtarış və profilaktik tədbirlər keçirib.

Belə ki, rayon sakini Aydın Quliyev ərizə ilə müraciət edərək onda müvafiq sənədlər olmayan odlu silahın olduğunu bildirib və 1ədəd ov tüfəngini könüllü olaraq polisə təqdim edib. Şəhər ərazisində isə şübhəli bağlamanın olması barədə polis şöbəsinə məlumat daxil olub.

Daxil olmuş məlumatla əlaqədar əraziyə baxış keçirilib və oradan “TOZ” markalı yivli ov tüfəngi, eləcə də 31 ədəd tapança və 34 ədəd avtomat gülləsi aşkarlanaraq götürülüb. Faktlarla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır.