Şəkinin məşhur kafesində 9 nəfər dönərdən zəhərləndi…

17 Dekabr 2021 20:46

Şəkidə 9 nəfər dönərdən zəhərlənib. Zəhərlənən şəxslər Şəki RMX-na yerləşdiriliblər. Burada onlara ilkin tibbi yardım göstərilib. Aparılan müayənələr zamanı 9 nəfərin də eyni kafedə dönər yedikləri məlum olub.   Məsələ ilə bağlı Şəki ŞRPŞ-də araşdırma başladılıb. Məlumat daxil olandan dərhal sonra Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarının da iştirakı ilə həmin obyektə baxış keçirilib. Hazırda kafenin fəaliyyəti dayandırılıb. Faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 2004-cü maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq tədbirləri həyata keçirilir.