Qəbələdə "Məktəblinin Robototexnika Təlimi Klubu" layihəsi üzrə təlimlər başa çatıb…

17 Dekabr 2021 20:27

Təhsil Nazirliyinin həyata keçirdiyi “Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi”ndə “fərdi kateqoriya” üzrə qalib olmuş Qəbələ rayonu Vəndam qəsəbə 2 saylı tam orta məktəbin müəllimi Səadət Məhərrəmovanın "Məktəblinin Robototexnika Təlimi Klubu" layihəsi uğurla başa çatıb. Layihə çərçivəsində keçirilən yekun tədbirdə bildirilib ki, "Məktəblinin Robototexnika Təlimi Klubu" layihəsi çərçivəsində təlimlər sosial davranış və sanitar-epidemioloji qaydalara uyğun olaraq əyani qaydada həyata keçirilib. Təlimlərə Qəbələ şəhər 3 və 5 saylı, həmçinin Vəndam qəsəbə 2 saylı tam orta məktəblərin 1-11-ci siniflərində təhsil alan 60-dək şagird cəlb edilib. Sonda layihənin fəaliyyətini əks etdirən videogörüntülər izlənilib, təlimçinin müşayiəti ilə iştirakçılar hazırladıqları robotların və əl işlərinin təqdimatını həyata keçiriblər.