Gürcüstandan yük daşıyan iritonnajlı yük maşını yandı...

17 Dekabr 2021 13:55
Gürcüstandan Bakı istiqamətinə hərəkət edən, 36 yaşlı Mübariz Qədimovun idarə etdiyi "Mersedes" markalı iritonnajlı yük maşını hərəkətdə olarkən maşının qoşqu hissəsində yanğın baş verib.

Yevlax-Zaqatala-Gürcüstan magistralnını Əliabad qəsəbəsindən keçən hissəsində qeydə alınan yanğının söndürülməsi üçün əraziyə Fövqladə Hallar Nazirliyinin Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb edilib.

Yanğın nəticəsində maşının qoşqusunun bir hissəsi içərisindəki avtomobillərə məxsus ehtiyat hissələri ilə birlikdə yanıb. Maşının qalan hissəsi yanğından mühafizə olunub. Xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.