Şəki gənc çempionunu qarşılayıb...

15 Dekabr 2021 16:04
Şəki sakinləri gənc çempionunu qarşılayıb. Şəkidən olan 11 yaşlı Hüseyn Sərkərli Peşəkar Universal Döyüş idman növü üzrə 8-12 dekabr tarixlərində Türkiyədə keçirilən Dünya çempionatında iştirak edib.

Gərgin mübarizə şəraitində keçən döyüşlərdə gənc pəhləvan rəqiblərinin hamısını vaxtından əvvəl məğlub edərək təmiz qələbə ilə Dünya kubokuna sahib çıxıb və Azərbaycan bayrağını qürurla dalğalandırıb.

Qeyd edək ki, Hüseyn 5-yaşından Şəki şəhər idman sağlamlıq mərkəzində "Peşəkar Universal MMA" yəni "Qaydasız Döyüş" növü ilə məşğul olur. O, 1 ci dan qara kəmər ustası və 3 qat Azərbaycan çempionudur.