Şəkidə Ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə tədbir keçirildi...

15 Dekabr 2021 11:53
Şəki şəhər 7 saylı tam orta məktəb respublikanın ilk məktəb televiziyası olan MTV10 layihəsi ilə birlikdə Ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə tədbir təşkil ediblər.

Tədbirdə təhsil işçiləri, məktəblilər və şəhər ictimaiyyəti iştirak edib. Şagirdlər ulu öndər Heydər Əliyevin həyatı, siyasi fəaliyyəti barədə məlumat veriblər. Milli-mənəvi dəyərlərə bağlı, vətənpərvər, savadlı, mütərəqqi düşüncəli və yüksək intellektli gənc nəslin yetişdirilməsində dahi şəxsiyyətin misilsiz töhfələrindən bəhs edilib.

Bildirilib ki, Vətən müharibəsində qazanılan tarixi Zəfər Ümummilli Liderin müdrik siyasi kursunun məntiqi davamıdır. Ardınca Heydər Əliyevin zəngin ömür yolundan bəhs edən videoçarx nümayiş etdirilib. Sonda şagirdlərin ifasında ədəbi-bədii kompozisiya təqdim olunub.