Şəkidə avtomobil toqquşdu piyada ağır xəsarət aldı...

14 Dekabr 2021 16:51
Bu gün günorta saatlarında Şəkinin Salman Mümtaz küçəsində piayadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Hikmət Nəbiyevin idarə etdiyi "Vaz 2107" markalı avtomobil Yasin Yusibovun idarə etdiyi "Toyota" markalı avtomobillə toqquşub. Zərbədən idarəetməni itirən "Toyota" yoldan çıxaraq piyada, 50 yaşlı Mahmud Abdullayevi vurub.

Hadisə nəticəsində xəsarət alan Mahmud Abdullayev kəllə beyin və onurğanın qapalı travması diaqnozu ilə Şəki Rayon Mərkəzi xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.