Xəbərlər
Layihələr
Haqqımızda
Canlı
Əlaqə
Media qrup
Şəkidə “Kod Da Vinçi” turniri keçirildi…
14 Dekabr 2021 00:45
Təhsil Nazirliyinin "Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi"ndə qalib olmuş "Şəkini addım-addım tanıyaq və tanıdaq" layihəsi üzrə "Kod da Vinçi" məntiqi intellektual oyunu keçirilib.
Oyunda hər komandada 5 nəfər olmaqla ümumilikdə 10 komanda iştirak edib. Komandalara tarixi abidələrlə bağlı 8 sual təqdim olunub. İştirakçılar müxtəlif şəraitlərdə oyunun 8 mərhələsinin “açarları”-nı tapmağa çalışıblar. “Açar”ları digər komandalara nisbətən daha tez tapan "Xudafərin" komandası qalib olub. "Qayıdış" komandası II yer, "Gələrsən görərsən" komandası isə III yerə layiq görülüb. I yerin qalibi kubok və medalla, II və III yerin qalibləri medalla, ümumilikdə bütün iştirakçılar sertifikatla təltif olunub.
Oxşar xəbərlər
Oğuzda yaşayış yerini tərk edən koronavirus xəstəsi saxlanılıb...
Zaqatalada fərdi yaşayış evində yağın olub...
Ruhi xəstə yanğın törətdi…