İsmayıllıda koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb...

13 Dekabr 2021 18:21
İsmayıllı polisinin apardığı yoxlamalar zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb. COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün ev şəraitində müalicəyə cəlb edilən Asif Babayev qaydaları pozaraq yaşadığı ünvanı tərk edib.

Həmin şəxs şəhər ərazisində hərəkətdə olarkən saxlanılıb və tibbi prosedurlar da gözlənilməklə evinə geri qaytarılıb. Asif Babayev barəsində İsmayıllı RPŞ-də araşdırma aparılır.