Avtomobil divara çırpıldı...

12 Dekabr 2021 17:33

Şəkinin Qumux kəndində axşam saatlarında yol nəqliyyat hadisəsi baş verib. 24 yaşlı İntiqam Əliyevin idarə etdiyi Peugeot (PEJO) markalı avtomobil yoldan çıxaraq divara çırpılıb. Nəticədə sürücü İntiqam Əliyev və avtomobildə olan sərnişin 19 yaşlı Fariz Cəbrayılov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar dərhal Şəki RMX-na yerləşdiriliblər. Hər iki yaralanın da vəziyyəti ağırdır. Faktla bağlı araşdırma aparılır.