Avtomobil piyadanı vurdu...

12 Dekabr 2021 16:24

Şəkidə avtomobil piyadanı vurub. Hadisə Şəkinin Qoxmuq kəndi ərasizində qeydə alınıb. Şəki sakini Kamil İsmayılov idarə etdiyi VAZ 21011 markalı avtomobillə yolu qarşıya keçən 35 yaşlı Nuranə Cəlilovanı vurub. Qəza nəticəsində Nuranə Cəlilova ağır xəsarət alıb. Onu dərhal Şəki RMX-na yerləşdiriblər. Hazırda yaralının müayinə və müalicəsi davam etdirilir. Şəki RMX-dan verilən məlumata görə yaranın vəziyyəti ağırdır. Faktla bağlı araşdırma aparılır.