“Slow Food” Səyahət...

10 Dekabr 2021 16:28
Şəkidə Avropa İttifaqı tərəfindən maliyyələşən, Slow Food Təşkilatının Azərbaycan Turizm Bürosu ilə birgə həyata keçirdiyi layihənin yekunu ilə bağlı tədbir keçirilib.

“Azərbaycanda Böyük Qafqaz Dağları Ərazisində İcma Əsaslı Dəyər Zəncirinin Genişləndirilməsi” layihəsinin yekun tədbirində Dövlət Turizm Agentliyinin sədrinin müşaviri, Turizm Bürosunun, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbər şəxsləri, eləcə də Şamaxı, İsmayıllı, Qəbələ, Şəki və Qaxdan olan “Slow Food” icmalarının nümayəndələri iştirak ediblər.

Layihə, Azərbaycanda kənd icmalarının iqtisadi dirçəlişini və rifahını təşviq etmək məqsədilə daşıyır. Yerli kulinariyanı və mədəni irsi qiymətləndirir, həmçinin aqro-biomüxtəliflik ehtiyatlarının səmərəli idarəsi və məhsuldar istifadəsi ilə əldə edilə bilən, qarşılıqlı dəstək, aqrobiomüxtəlifliyin qorunmasını, iqtisadi inkişafı, yoxsulluğun azaldılmasını birləşdirən inkişaf modelini təbliğ edir.