İsmayıllıda koronavirus xəstəsi küçədə aşkarlanıb...

10 Dekabr 2021 14:28
İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları aktiv koronavirus xəstəsini ictimai yerdə aşkar edib. Rayon sakini Elşad Hacıyevin COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün ona ev şəraitində müalicə təyin edilib və qaydalara riayət etməsi tapşırılıb.

Lakin həmin şəxs özünə məxsus avtomobillə şəhər ərazisində hərəkətdə olarkən polis əməkdaşları tərəfindən aşkarlanıb.

Onunla izahedici söhbətlər aparılıb və tibbi prosedurlar da gözlənilməklə yaşadığı evə geri qaytarılıb. Elşad Hacıyev barəsində İsmayıllı Rayon Polis Şöbəsində araşdırma aparılır.