Şəkidə fərdi yaşayış evi yandı...

10 Dekabr 2021 13:44

Şəkidə fərdi yaşayış evi yanıb. Bu gün səhər saatlarında rayonun Qozlubulaq kəndində, kənd sakini 39 yaşlı Elşad Şabanova məxsus, ümumi sahəsi 242 kv/m olan, ikimərtəbəli, 4 otaq və aynabəddən ibarət fərdi yaşayış ervində yanğın baş verib. Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin Şəki rayon Dövlət Yanğından Mühafizə hissəsinin texnikları və şəxsi heyəti cəlb edilib. Evin yanar konstruksiyaları əşyalar ilə birlikdə yanıb. Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.