Bir ailənin 5 üzvü xəsarət aldı...

10 Dekabr 2021 13:21

Şəkidə gecə saatlarında bir ailənin 5 üzvünün xəsarət aldığı yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Şəkinin Bolludərə kəndi ərazisində qeydə alınıb. Kənd sakini 70 yaşlı Füzuli Əhmədovun idarə etdiyi "VAZ-2103" markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə Füzuli Əhmədov və avtomobildə olan sərnişinlər 64 yaşlı Nazikə Əhmədova, 42 yaşlı Raziyə Əhmədova, 19 yaşlı Zülfiyyə Məhərrəmova və 9 yaşlı Sənubər Əhmədova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Burada yaralılara ilkin tibbi yardım göstərilib, vəziyyətlərinin orta-ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.